YazYay Saytının Rəsmi Xəbər Bloqu

YazYay.com pulsuz bloq sisteminin rəsmi xəbər bloquna xoş gəlmisiniz!

Xoş gəldin YazYay

admin | 04 Avqust, 2010 01:15

YazYay.com saytı öz rəsmi fəaliyyətini bu gündən etibarən başladı. Bir neçə vaxt zəhmətlərdən sonra artıq YazYay saytı mükəmməl bir şəkildə, öz pulsuz ‎bloq xidmətini siz əziz millətimizə və dünyada yaşayan Azərbaycanlı soydaşlarımıza çox gözəl və ‎faydalı imkanlarını təklif edir. İndi Azərbaycan dilində internetdə neçə bloq xidməti olasada, biz YazYay saytın yaratmışıq ki kimsə bizim imkanlarımızı bəyənirsə bizim sistemdən istifadə etsin. Əminəm ki bizim istifadəçilərimiz xidmətlərimizdən razı qalacaqlar. Bu gün Azərbaycan internet məkanında Pusluz Bloq sistemi olan YazYay saytının doğum ‎günüdür. Biz YazYay İdarə Heyəti olaraq çalışacağıq ki, bu günü ‎xüsusi qeyd edərək, siz dəyərli istifadəçilərimizi sevindirək. Saytımız bir neçə gün ərzində beta versiyası ilə fəaliyyət göstərəcək. Buna səbəb isə bəzi xidmətləri ‎yoxlamaq, çatışmamazlıqları aradan qaldırmaq, qüsurlar varsa düzəltməkdən ibarətdir. Siz dəyərli ‎istifadəçilərdən də xahiş edirik ki, əgər hər hansı bir problemlə qarşılaşsanız bizimlə əlaqə saxlayıb ‎bildirəsiniz. İnşallah tezliklə saytımız heç bir problem olmadan, mükəmməl bir hala salınıb fəaliyyət ‎göstərəcək. Əziz ziyarətçilərimiz, “YazYay”da bloqunuz yoxdursa, bir dəqiqə ərzində bir bloqa sahib olmaq ‎imkanını qaçırmayın, peşman olmazsınız! Özünüzə məxsus şəxsi bloq yaradaraq Azərbaycan internet ‎məkanında bloq mədəniyyətinin inkişafı üçün öz töhvənizi əsirgəməyin! Bir gün hər kəs bloqcu ‎olacaq! Uğurlar!
 
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: YazYay